Rusiyada müflis olan vətəndaşların sayı xeyli artıb

Rusiyada müflis olan vətəndaşların sayı xeyli artıb






presstv

"Presstv"az #Audi, #Moskva vilayəti, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyada 2025-ci ilin ilk 10 ayı ərzində təxminən 517 min nəfər vətəndaş müflis olub.

presstvaz Rusiya mətbuatına istinadən xəbər verir ki, 463280 nəfər məhkəmələr, 54450 vətəndaş isə məhkəmədənkənar prosedurlar vasitəsilə müflisliyə görə sosial müdafiə tətbiq edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 33.5 və 25.2 faiz artım deməkdir.

Təqdim olunan statistik məlumatlara görə, müflis olan 94 faiz vətəndaşın ümumiyyətlə, borclarını ödəmək üçün istifadə oluna biləcək aktivləri olmayıb.

Məhkəmə qərarı ilə ən çox müflisləşmə Moskva vilayətində (25428) qeydə alınıb.

Statistikaya görə, müraciət edənlər arasında qadınlar çoxluq təşkil edirlər. Cari ilin ilk 10 ayında onların məhkəmə (56 faiz) və qeyri-məhkəmə (66 faiz) müflislərində payları daha çox olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv