Sosial şəbəkələrdə açıq-saçıq reklam çəkdirənlər cəzalanacaq

Sosial şəbəkələrdə açıq-saçıq reklam çəkdirənlər cəzalanacaq






presstv

"Presstv"az #İnzibati Xətalar Məcəlləsi, #Milli Məclis, #Sosial şəbəkələr, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik və qeyri-etik paylaşım edənlər cərimələnəcəklər.

Bu, Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Yeni qanun layihəsi sosial şəbəkələrdə davranış qaydalarının sərtləşdirilməsi və onlayn mühitdə mənəvi dəyərlərin qorunması məqsədi daşıyır.

Sosioloq Üzeyir Şəfiyev bildirib ki, bəzi istifadəçilər sosial şəbəkələrdə əxlaqsızlığı və yüngül həyat tərzini təbliğ edirlər ki, bu da cəmiyyətin haqlı narahatlığına səbəb olur:

“Sosial şəbəkələrdə filtr və süzgəc sistemləri tətbiq olunmalıdır ki, hüquqa və mənəviyyata zidd məzmunlar cəmiyyətə keçməsin”.

Vəkil Mircavid Miriyev isə qeyd edib ki, təklif olunan dəyişikliklərə əsasən, sosial şəbəkələrdə qeyri-etik sözlərdən, jarqon ifadələrdən, əxlaq normalarına zidd jest və görüntülərdən istifadə edən şəxslərə 500-1000 manat məbləğində cərimə tətbiq olunacaq.

Hüquqşünas əlavə edib ki, bəzi hallarda cərimə tədbirləri kifayət etmədiyi təqdirdə pozuntu törədən şəxs barəsində 30 günədək inzibati həbs də nəzərdə tutulur.

Daha ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv