Ağ Ev yaxınlığında Milli Qvardiyanın əməkdaşlarına atəş açan şəxs bu il vətəndaşlıq alıbmış

Ağ Ev yaxınlığında Milli Qvardiyanın əməkdaşlarına atəş açan şəxs bu il vətəndaşlıq alıbmış






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Co Bayden, #Donald Tramp, #Əfqanıstan, #Hadisə, #Hakim, #Vaşinqton, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ağ Ev yaxınlığında Milli Qvardiyanın əməkdaşlarına atəş açan 29 yaşlı Rahmanulla Lakanval ABŞ-yə Bayden Administrasiyasının “Müttəfiqlərin salamlanması” proqramı çərçivəsində 2021-ci ildə gəlib.

presstvaz xəbər verir ki, bu barədə məlumatı “The New York Times” yayıb.

Bildirilir ki, sözügedən proqram ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasından və “Taliban”ın hakimiyyətə qayıdışından sonra Əfqanıstan vətəndaşlarının ABŞ-də qəbul olunmasını nəzərdə tuturdu.

Ağ Ev yaxınlığında Milli Qvardiyanın əməkdaşlarına atəş açan şəxs bu il vətəndaşlıq alıbmış

Ağ Ev yaxınlığında Milli Qvardiyanın əməkdaşlarına atəş açan şəxs bu il vətəndaşlıq alıbmış

“ABC News” hüquq-mühafizə orqanlarındakı mənbələrinə istinadla xəbər verir ki, Rahmanulla Lakanval sığınacaq üçün keçən il müraciət edib və onun müraciəti 2025-ci ildə, artıq Tramp Administrasiyası dövründə təmin edilib.

ABŞ hakimiyyəti Vaşinqtonun mərkəzində atışmadan sonra Əfqanıstan vətəndaşlarına aid bütün immiqrasiya sorğularına baxılmasının dayandırıldığını bildirib. ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin məlumatına görə, hakimiyyət belə müraciətlərə baxılmasını “qeyri-müəyyən müddətə” dayandırıb.

09:15

ABŞ Prezidenti Donald Tramp Ağ Ev yaxınlığında Milli Qvardiyanın əməkdaşlarına atəş açılmasını “pislik, nifrət və terror aktı” adlandırıb. O, atəş açanın ən qısa müddətdə ədalətə təslim ediləcəyini vəd edib.

presstvaz xəbər verir ki, ABŞ liderinin videomüraciəti onun “X” sosial şəbəkəsindəki hesabında yerləşdirilib.

Tramp bildirib ki, atəş açmaqda şübhəli bilinən şəxs ABŞ-yə 2021-ci ildə sələfi Co Baydenin Administrasiyası dövründə “yerdəki cəhənnəm çuxuru” Əfqanıstandan gəlib.

“İndi Baydenin dövründə Əfqanıstandan ölkəmizə gəlmiş hər bir əcnəbini yoxlamalıyıq və istənilən ölkədən olub, burada yeri olmayan və ölkəmizə yaxşı heç nə verməyən hər bir əcnəbini uzaqlaşdırmaq üçün bütün zəruri tədbirləri görməliyik. Əgər onlar ölkəmizi sevə bilmirlərsə, biz də onları istəmirik. ABŞ heç vaxt terror qarşısında əyilməyəcək və güzəştə getməyəcək”, – deyə Tramp bildirib.

01:24

Ağ Evin yaxınlığında baş verən atışmada yaralanan iki Milli Qvardiya əsgəri xəstəxanada ölüb.

presstvaz xəbər verir ki, bu barədə Qərbi Virciniya qubernatoru Patrik Morrisi sosial mediada yazıb.

ABŞ Prezidenti Donald Tramp açıqlamasında atıcının vəziyyətinin ağır olduğunu bildirib.

“İki Milli Qvardiya üzvünü vuran da ağır yaralanıb. Amma buna baxmayaraq, o, çox ağır cəzalandırılacaq”, – Tramp “Truth Social”da yazıb.

00:28

Vaşinqtonda Ağ Evin yaxınlığında iki ABŞ Milli Qvardiyası əsgəri güllələnib.

presstvaz xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Əsgərlərin yaralandığı, lakin dəqiq vəziyyətlərinin məlum olmadığı bildirilir.

Vaşinqton Polis Departamentinin açıqlamasında qeyd olunur ki, atışma 17-ci və 1-ci küçələrin kəsişməsində baş verib. Hadisə yeri mühasirəyə alınıb. Bir nəfər şübhəli şəxs saxlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv