Dövlət Gömrük Komitəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri ilə görüş keçirilib

Dövlət Gömrük Komitəsində Azərbaycan Sahibkarlar Konfederasiyasının üzvləri ilə görüş keçirilib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Məmməd Musayev, #Şahin Bağırov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov gömrük-biznes əməkdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən məmnunluqla bəhs edib, səmərəli, konstruktiv dialoqun münbit biznes mühitinin yaradılması, iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb.

Qeyd olunub ki, hazırda biznes nümayəndələri ilə müxtəlif platformalarda işgüzar münasibətlər qurulub və qarşılıqlı etimadın gücləndirilməsi istiqamətində atılan birgə addımlar şəffaflığın, xidmət keyfiyyətinin artırılması, idxal-ixrac əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsində mühüm rol oynayır.

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev dövlət-özəl dialoqunun uğurla inkişaf etdiyini vurğulayıb, sahibkarlar tərəfindən qaldırılan məsələlərin operativ şəkildə həllində ikitərəfli şuraların, eləcə də Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında Əməkdaşlıq Şurasının müsbət rol oynadığını diqqətə çatdırıb.

Görüşdə gömrük dəyərinin müəyyən edilməsi, yerli istehsalı olmayan xammal və yarımfabrikatların gömrük rüsumları, geri qaytarılan mallar üzrə hesablaşmalar, mal nomenklaturası və ekspertiza təcrübəsinin təkmilləşdirilməsi, gömrük rəsmiləşdirilməsi, gömrük ödənişlərində təminat mexanizmi, “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun əldə edilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb, sahibkarları maraqlandıran suallar ətraflı cavablandırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv