Pentaqon “Boeing”lə milyardlarla dollarlıq müqavilələr bağladı

Pentaqon “Boeing”lə milyardlarla dollarlıq müqavilələr bağladı






presstv

"Presstv"az #ABŞ, #Audi, #Dollar, #Hərbi Hava Qüvvələri, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Hərb Nazirliyi ölkənin “Boeing” korporasiyası ilə 7.1 milyard dollardan çox dəyərində müqavilələr bağlayıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “Reuters” nəşri məlumat verib.

Məlumata görə, bu müqavilələrdən biri yeni “Apache AH-64E” hücum helikopterlərinin, bu təyyarələrə quraşdırılmış “AN/APG-78” radar sistemi olan simulyatorların və əlaqəli avadanlıqların tədarükünü əhatə edir.

Müqavilənin dəyəri 4.7 milyard dollar təşkil edib.

Başqa bir müqaviləyə uyğun olaraq, “Boeing” ABŞ Hərbi Hava Qüvvələrinə 2.47 milyard dollar dəyərində daha 15 “KC-46A” çoxməqsədli tanker təyyarəsi tədarük edəcək.

Keçən il Pentaqon artıq korporasiya ilə 2.38 milyard dollar dəyərində 15 oxşar tanker üçün müqavilə bağlayıb.

Korporasiyanın vitse-prezidenti Ceyk Kvasnik bildirib ki, hazırkı müqavilə uzun tədarük zənciri də daxil olmaqla, istehsal sabitliyini təmin edəcək, “KC-46A”nın üstün imkanlarının təminatını davam etdirəcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv