Kamran Ağayevin vaxtilə çıxış etdiyi Portuqaliya klubu iflas olmaq üzrədir

Kamran Ağayevin vaxtilə çıxış etdiyi Portuqaliya klubu iflas olmaq üzrədir






presstv

"Presstv"az #Audi, #Futbol

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Portuqaliyanın “Boavişta” klubu iflasa yaxındır.

presstvaz Portuqaliya mediasına istinadən xəbər verir ki, “Boavişta” maliyyə problemləri səbəbindən Portuqaliya futbolunun ikinci, üçüncü və ya dördüncü liqasında çıxış etmək üçün lisenziya ala bilməyib.

Yaranmış vəziyyətlə əlaqədar “Boavişta” regional liqada çıxış etməyə məcbur olub. Lakin texniki məğlubiyyətlər səbəbindən oktyabr ayında liqadan kənarlaşdırılıb.

“Boavişta” klubu Vila-Nova-di-Qaya şəhər məhkəməsinə çoxsaylı borclar əsasında klubun ləğv edilməsi barədə ərizənin daxil olduğunu təsdiqləyib.

122 illik tarixə malik komandanın rəhbərliyi yetirmələrini klubun infrastrukturundan istifadə imkanından məhrum etməmək üçün öz strukturunu qorumağa cəhd edəcəyini bildirib.

Qeyd edək ki, “Boavişta” 2001-ci ildə Portuqaliya çempionu olub, beş dəfə ölkə kubokunu və üç dəfə Superkubokunu qazanıb.

Xatırladaq ki, millimizin sabiq qolkiperi Kamran Ağayev 2016-18-ci illər arasında “Boavişta” klubunda çıxış edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv