Prezidentin ali rütbə verdiyi şəxslər kimlərdir?

Prezidentin ali rütbə verdiyi şəxslər kimlərdir?






presstv

"Presstv"az #Ali Məhkəmə, #Audi, #Azərbaycan, #Bakı, #Bakı Apellyasiya Məhkəməsi, #Bələdiyyə, #Ədliyyə Nazirliyi, #Hakim, #İlham Əliyev, #Konstitusiya Məhkəməsi, #Magistratura, #Prezident Administrasiyası, #Rusiya, #Sərəncam, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ədliyyə nazirinin müavinlərinə – Abiddin Hüseynov və Toğrul Hüseynova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.

presstvaz sözügedən şəxslərin dosyesini təqdim edir:

Prezidentin ali rütbə verdiyi şəxslər kimlərdir?

Abiddin Qabil oğlu Hüseynov 1977-ci ildə Neftçala rayonu Kürqarabucaq kəndində anadan olub. O, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda bakalavr, 1999-cu ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda magistratura, 2003-cü ildə Rusiya Hüquq Akademiyasının Hüquq fakültəsini bitirib.

2000-2003-cü illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquqi məsələlər şöbəsində aparıcı mütəxəssis, 2003-2004-cü illərdə Konstitusiya Məhkəməsinin Beynəlxalq hüquqi məsələlər şöbəsində məsləhətçi, 2004-2008-ci illərdə Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin köməkçisi, 2008-2010-cu illərdə Konstitusiya Məhkəməsinin Vətəndaşların qəbulu və şikayətlər şöbəsinin müdir müavini, 2010-2013-cü illərdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi, 2013-2020-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi, 2020-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2023-cü ildə Azərbaycan Hakimlər İttifaqının İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. O, həmçinin 2020-ci ildən ADA Universitetində Hüquq təcrübəsi üzrə müəllim kimi çalışır.

O, Azərbaycan Prezidenti İlham Əliyevin 4 iyun 2024-cü il Sərəncamı ilə ədliyyə nazirinin müavini təyin edilib

“Tərəqqi” medalı, “Azərbaycan Ali Məhkəməsinin 100 illiyi (1923-2023)” yubiley medalı və Məhkəmə-Hüquq Şurasının fəxri döş nişanı ilə təltif olunub.

Prezidentin ali rütbə verdiyi şəxslər kimlərdir?

Toğrul Aydın oğlu Hüseynov 1986-cı ildə Bakıda anadan olub. 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə magistr təhsili alıb. Həmçinin Amerika Birləşmiş Ştatlarının Missuri Universitetində Dövlət idarəetməsi üzrə, eyni zamanda, Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət və bələdiyyə idarəetməsi üzrə magistr təhsilinə yiyələnib.

O, 2010-2016-cı illərdə Ədliyyə Nazirliyinin İcra xidmətində, Qanunvericilik baş idarəsində, 2016-2017-ci illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də, 2017-2024-cü illərdə Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində, Qanunvericilik və hüquq siyasəti şöbəsində və Birinci vitse-prezidentinin Katibliyində baş məsləhətçi vəzifələrində çalışıb.

Bundan başqa, Toğrul Hüseynov Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinin rəisi vəzifəsində işləyib.

O, ölkə başçısının 9 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə ədliyyə nazirinin müavini təyin edilib.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv