“Qarabağa kitab hədiyyə edək” layihəsi uğurla həyata keçirilib

“Qarabağa kitab hədiyyə edək” layihəsi uğurla həyata keçirilib






presstv

"Presstv"az #Ailə, #Audi, #Böyük Qayıdış, #Hakim, #Heydər Əliyev, #İlham Əliyev, #Kitab, #Mehriban Əliyeva, #Müharibə, #Orta məktəb, #Qarabağ Universiteti, #Şuşa, #Təhsil, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Böyük Qayıdış” Dövlət Proqramı çərçivəsində “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Qarabağa kitab hədiyyə edək” layihəsi həyata keçirilib.

presstvaz xəbər verir ki, layihə işğaldan azad edilmiş ərazilərdəki məktəblər və Qarabağ Universitetinin kitabxanalarının zənginləşdirilməsinə yönəlib.

Layihə çərçivəsində Abşeron RİH başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova, Abşeron RİH-in əməkdaşı, Vətən Müharibəsi şəhidi Səxavət Abbasovun anası Maisə Abbasova, RİH könüllüləri, eləcə də vətən müharibəsi iştirakçısı və hər iki qurumun əməkdaşlarından ibarət nümayəndə heyəti Qarabağ bölgəsinə səfər edib.

Nümayəndə heyəti Xocalı şəhəri 1 nömrəli, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli və Şuşa şəhər 1 nömrəli tam orta məktəblərində, həmçinin Qarabağ Universitetində olaraq şagird və tələbələrə dünya və yerli müəlliflərin əsərlərindən ibarət kitablar hədiyyə ediblər. Səfər zamanı nümayəndələr bir neçə sinif otağında olaraq şagirdlərlə söhbət edib, onların təhsil şəraiti ilə maraqlanıb və xatirə fotoları çəkdiriblər.

Görüşlərdə çıxış edən G.Rəhimova və S.Orucova vurğulayıblar ki, layihə ulu öndər Heydər Əliyevin təhsil və mədəniyyət siyasətinin davamı olmaqla, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən “Böyük Qayıdış” proqramının hədəflərinə tam uyğun icra olunur.

Çıxışlarda, həmçinin qeyd edilib ki, təşəbbüs Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar sahədə həyata keçirdiyi genişmiqyaslı layihələrin ruhunu əks etdirir və Qarabağda gənclərin maariflənməsinə mühüm töhfə verir.

Səfərin sonunda məktəb rəhbərləri və Qarabağ Universitetinin nümayəndələri təşəbbüsə görə minnətdarlıqlarını ifadə edərək bildiriblər ki, təqdim olunan kitablar regionun təhsil mühitinin inkişafına mühüm töhfə verəcək və gənclərin elmi-mədəni dünyasının formalaşmasında əhəmiyyətli rol oynayacaq.

Qeyd edək ki, səfər zamanı 3 000 kitab sözügedən universitet və məktəblərin kitabxanalarına təqdim edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv