Bakıda turistin pulunu oğurlayan şəxs saxlanıldı

Bakıda turistin pulunu oğurlayan şəxs saxlanıldı






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Araşdırma, #Audi, #Bakı, #Cinayət işi, #Daxili İşlər Nazirliyi (DİN), #Dollar, #Sosial şəbəkələr, #Yasamal Rayon Polis İdarəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakıda turistə məxsus pul vəsaitinin oğurlanması ilə bağlı şübhəli şəxs müəyyən olunub.

presstvaz xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, noyabrın 25-də 1991-ci il təvəllüdlü xarici vətəndaşın 1 600 manat, 60 ABŞ dolları və 80 funt sterlinq məbləğində pulunun oğurlanması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 2000-ci il təvəllüdlü Səbuhi Salmanzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, şübhəli şəxs dostunun sosial şəbəkələr vasitəsilə tanış olduğu turistin kirayə yaşadığı mənzilə gələrək pul vəsaitini oğurlayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində oğurluq maddəsi üzrə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Bakıda turistin pulunu oğurlayan şəxs saxlanıldı


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv