MTK ilə vətəndaş arasında qalmaqal: “Rayondan qayıdanda gördük ki, mənzilimiz dağıdılıb”

MTK ilə vətəndaş arasında qalmaqal: “Rayondan qayıdanda gördük ki, mənzilimiz dağıdılıb”






presstv

"Presstv"az #Audi, #Bakı, #Hadisə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakının Nizami rayonu, Kamil Balakişiyev küçəsindəki yataqxana tipli binada yaşayan vətəndaş iddia edir ki, onun razılığı olmadan, həmçinin məhkəmə prosesi davam etdiyi halda mənzili “Orbita” MTK tərəfindən içində əşyaları ilə birlikdə sökülüb və yararsız hala salınıb.

Şikayətçinin sözlərinə görə, sözügedən mənzillə bağlı tikinti şirkəti ilə ortaq məxrəcə gələ bilmədikləri üçün iş məhkəməyə qədər gedib çıxıb. Rayondan səfərdən qayıdan zaman isə mənzilini dağıdılmış vəziyyətdə görüb:

“Şirkət burada bina tikməyi təklif etdi və bizə olduğundan az sahə təklif olundu. Razılaşmadıq və bizi məhkəməyə verdilər. İş hazırda məhkəmədədir, amma evimizi məhkəmə qərarı olmadan, icazəsiz söküblər. Rayondan qayıdanda gördük ki, mənzilimiz dağıdılıb. İçəridə avadanlıqlarımız var idi, onlardan heç bir xəbər yoxdur”.

“Orbita” MTK-nın köçürmə məsələləri üzrə baş məsləhətçisi Söhrab Əhmədov deyilənləri inkar edərək ev sahibinin mənzildən çıxmaq üçün onlardan böyük məbləğdə pul tələb etdiyini bildirib:

“Mənzil hazırda yerindədir. Ev sahibi 18 kvadratmetrlik mənzil üçün 60 kvadratmetrdən çox sahəsi olan mənzil istəyir”.

Söhrab Əhmədov mənzilin dağıdıldığını inkar etsə də, hadisə yerindən çəkilən görüntülər bunun əksini göstərir.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv