Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi BMT Baş Assambleyası və TŞ-nin sənədi kimi yayımlanıb

Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi BMT Baş Assambleyası və TŞ-nin sənədi kimi yayımlanıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #İlham Əliyev, #Münaqişə, #Silahlı münaqişə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci il sentyabrın 21-də “Terror aktları və silahlı münaqişələr zamanı humanitar böhranların və qlobal texnogen fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının birgə fəaliyyəti” mövzusunda keçirilmiş III Bakı Təhlükəsizlik Forumunun Bəyannaməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi qeydiyyata alınaraq yayımlanıb.

presstvaz xəbər verir ki, bu əlamətdar hal Bakı Təhlükəsizlik Forumunun təhlükəsizlik sahəsində artan əhəmiyyətindən, beynəlxalq institusional-hüquqi perspektivindən xəbər verir.

Forumun builki plenar iclası Bakı Təhlükəsizlik Forumunun Əsasnaməsinin və Bəyannaməsinin qəbul edilməsi, həmçinin ümumi razılıq əsasında dünyada ilk dəfə xüsusi xidmət və təhlükəsizlik orqanları arasında 24/7 rejimli Antiterror İnformasiya Mübadiləsi Sisteminin yaradılmasının qərara alınması ilə yadda qalıb.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı, 90-a yaxın xarici xüsusi xidmət orqanının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilmiş toplantının iştirakçılarına Prezident İlham Əliyevin ünvanladığı müraciətdə bildirilir ki, Forum qlobal və regional təhdid və risklərin müəyyənləşdirilməsi, onların neytrallaşdırılması yollarının araşdırılması baxımından unikal formata malik beynəlxalq tədbirdir. Dünyanın bütün qitələrindən müxtəlif ölkələri təmsil edən xüsusi xidmət orqanı rəhbərlərinin və təhlükəsizlik məsələləri üzrə ekspertlərin ümumi təhdidlərlə mübarizə məqsədilə hər il Bakıda toplaşması ənənəsinin yaranması Forumun timsalında Bakının qarşılıqlı etimad və əməkdaşlıq məkanı olmasının bariz nümunəsidir.

Forumun Bəyannaməsində iştirakçı dövlətlər beynəlxalq hüququn təməl prinsiplərinə sadiqliklərini bildirərək, xüsusi xidmət və təhlükəsizlik orqanları tərəfindən transmilli mütəşəkkil cinayətkarlıq, beynəlxalq terrorçuluq və qlobal təhlükəsizliyə təhdid sayılan digər hallarla mübarizədə səylərin birləşdirilməsinin, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin, təcrübə və məlumat mübadilələrinin fasiləsiz, aktiv və operativ şəkildə aparılmasının və beynəlxalq təhlükəsizliyin etibarlı təmin olunması üçün davamlı olaraq birgə qətiyyətli addımların atılmasının vacibliyini bəyan ediblər.

Qeyd edək ki, tədbirdə həmçinin BMT-nin təhlükəsizlik sahəsində aidiyyəti strukturları təmsil olunub.

Forumun Bəyannaməsinin və Prezident İlham Əliyevin müraciətinin BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi qeydiyyata alınaraq yayımlanması Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsinin müraciəti əsasında həyata keçirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv