Bu ölkədən Azərbaycana birbaşa uçuşlara başlanılır

Bu ölkədən Azərbaycana birbaşa uçuşlara başlanılır






presstv

"Presstv"az #Astana, #Bakı, #Serbiya, #Yaxın Şərq, #Yunanıstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Air Serbia" gələn yay Belqrad-Bakı birbaşa uçuşlarının açılması ilə bağlı danışıqların son mərhələsinə yaxınlaşıb".

presstvaz qafqazinfo-ya istinadən xəbər verir ki,  bu barədə şirkətin icraçı direktoru Jiri Marek Serbiyanın "RTS" telekanalına açıqlama verib.

Marek bildirib ki, Tbilisi reysinin uğurlu nəticələrindən sonra Bakı növbəti istiqamət kimi nəzərdən keçirilir və qərar yaxın vaxtlarda veriləcək.

"Aviaşirkət üç ildən sonra ilk dəfə Yaxın Şərqə qayıdışı planlaşdırır və regionda yeni bir marşrut üzərində işləyir.

"Air Serbia" digər aviaşirkətlərlə əməkdaşlığını genişləndirməyi də hədəfləyir. Şirkət hazırda "SCAT Airlines" ilə Astana-Belqrad reysi üzrə tərəfdaşlıq edir, gələn ilin aprelində isə "Royal Jordanian" ilə birlikdə Amman reysinin açılması gözlənilir", – o qeyd edib.

Marek əlavə edib ki, əgər İbiza reysi üçün slotlar təsdiq olunmasa, "Air Serbia" bunun əvəzinə Yunanıstanın bir adasına yeni müntəzəm uçuş başlayacaq.

"Air Serbia" 2025-ci ilin mayında Toronto reyslərini də istifadəyə verməyi planlaşdırır.

Şirkət rəhbərinin sözlərinə görə, Toronto istiqamətinə tələbat Çikaqo reysinin satışa çıxarıldığı dövrlə müqayisədə daha yüksəkdir.

Aviaşirkət bu il indiyədək 4,2 milyon sərnişin daşıyıb və növbəti rekord nəticəyə yaxınlaşdığını açıqlayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv