Yermak: Ukrayna NATO-ya üzvlükdən imtina etməyəcək

Yermak: Ukrayna NATO-ya üzvlükdən imtina etməyəcək






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Kiyev, #Müharibə, #Münaqişə, #Rusiya, #Ukrayna, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna NATO-ya üzvlüklə bağlı konstitusiyadan irəli gələn öhdəliyindən imtina etməyəcək.

presstvaz report-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak ABŞ-nin "Axios" portalına müsahibəsində bildirib.

"Ukrayna gələcəkdə NATO-ya doğru irəliləməklə bağlı konstitusion öhdəliyindən imtina etməyəcək, lakin hazırda biz reallıqda yaşayırıq. Biz NATO-da deyilik", – deyə o vurğulayıb.

Bundan əlavə, Yermak Donald Trampın Ukraynada müharibəni bitirmək üçün hazırladığı 28 bəndlik sülh planının qəbuledilməz olduğunu, lakin artıq keçmişdə qaldığını qeyd edib.

ABŞ-nin ilkin planı Kiyevin alyansa üzvlüyü və NATO qoşunlarının ərazidə mövcudluğunu istisna edir, bunun müqabilində təhlükəsizlik zəmanətləri almasını nəzərdə tuturdu.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli üçün Vaşinqton tərəfindən təklif olunan ilkin sülh planı 28 bənddən ibarət idi. Layihəyə əsasən, Ukrayna Krımı, Donbası və digər işğal olunmuş əraziləri Rusiyanın bir hissəsi kimi tanımalı, NATO-ya üzvlük kursundan imtina etməli, Moskva isə sanksiyaların qismən götürülməsi və "Böyük səkkizlik" (G8) formatına qayıtmaq imkanı əldə etməli idi.

Sonradan Ukrayna tərəfi ilə aparılan danışıqlar zamanı sülh planı əhəmiyyətli dərəcədə dəyişdirilib və Kiyevin maraqları nəzərə alınaraq 19 bəndə qədər azaldılıb.

presstvaz 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv