Litva Belarusa etiraz etdi

Litva Belarusa etiraz etdi






presstv

"Presstv"az #Belarus, #Siqaret

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Litva Belarus ərazisindən siqaret qaçaqmalçılığı üçün buraxılan meteoroloji zondların hava sərhədini pozması ilə əlaqədar bu ölkəyə rəsmi etirazını bildirib.

presstvaz xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Nazirliyə çağırılan Belarus səfirliyinin nümayəndəsinə bildirilib ki, Litva bu cür hərəkətlərin dayandırılması üçün dərhal tədbirlər görülməsini tələb edir və sərhədin yenidən bağlanması da daxil olmaqla, cavab tədbirlərini görmək hüququnu özündə saxlayır”, – məlumatda qeyd olunub.

Litva Belarus ərazisindən mülki aviauçuşlara təhlükə yaradan hava yolu ilə siqaret qaçaqmalçılığına qarşı mübarizə məqsədilə sərhədi bir ay müddətinə bağlamaq qərarını oktyabrın 29-da qəbul edib. Noyabrın 20-də Vilnüs vəziyyətin yaxşılaşdığını hesab edərək sərhədi açıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv