Deputat: “İdxal olunan mallar qanunsuz saxlanılma hallarında xarab olur”

Deputat: “İdxal olunan mallar qanunsuz saxlanılma hallarında xarab olur”






presstv

"Presstv"az #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ölkəyə gələn malların saxlanması məsələsində də əlavə problemlərin qarşısı alınmalıdır. Çünki müştəri məmnuniyyəti də çox aşağı düşür”.

presstvaz xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, ölkəyə gələn mallar daha çox qanunsuz və əsassız saxlanılma hallarında xarab olur:

“Başqa qonşu ölkələrdə bu bir çox hallarda bir-iki saata həll olunan prosedur, bizdə bəzən bir gün, iki gün yubadılma ilə nəticələnir. Bunun nəticəsində isə malın xarab olmasına görə məsuliyyət ekspedisiya şirkətinin üzərinə düşür və ya tərəflər arasında böyük mübahisələr yaranır. Bu problemlər yaxın gələcəkdə daha da ciddi görünə bilər. Ona görə də bu məsuliyyət məsələsini qanunda dəqiq göstərməliyik”.

Komitə sədri vurğulayıb ki, bu təkcə iqtisadi məsələ deyil:

“Bütün bu məsələlərdə dəqiq mexanizmlər olmalıdır. Məsələn, yükün, malın, maşının qanunsuz olaraq 3-5 gün saxlanılması hallarından uzaq durulmalıdır. Məsuliyyət olmadıqda həmişə belə problemlər, əlavə xərc və mübahisələr yaranacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv