Rubio Kallasla görüşməkdən imtina edir

Rubio Kallasla görüşməkdən imtina edir






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Donald Tramp, #Münaqişə, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ dövlət katibi Marko Rubio Donald Tramp Administrasiyası ilə çətin münasibətləri səbəbindən Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Kaya Kallasla rəsmi görüşlərdən imtina edir.

presstvaz xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bir müddət öncə Kallas bəyan edib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqlarda güzəştlər yalnız Rusiya tərəfindən olmalıdır. O, ABŞ Prezidenti Donald Trampın yeni təklifləri fonunda Avropanın Ukrayna ilə bağlı “dəqiq planı”ı olduğunu önə çəkib.

Rubio isə bəyan edib ki, Aİ və NATO-nun Ukrayna böhranının həlli prosesində iştirakı hələ müzakirə edilməlidir. Onun sözlərinə görə, Amerika tərəfinin təklif etdiyi sülh planı daim təkmilləşdirilir və “canlı” sənəddir. Dövlət katibi Rusiya aktivlərinin taleyi və gələcək sülh danışıqlarında Aİ və NATO-nun rolu ilə bağlı fikir ayrılıqlarının olduğunu da vurğulayıb.

O əlavə edib ki, bu mübahisəli məsələlər Avropanın milli təhlükəsizlik nümayəndələri ilə birgə həll olunacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv