Bayden administrasiyası hava limanlarını qanunsuz miqrantları yerləşdirməyə məcbur edib

Bayden administrasiyası hava limanlarını qanunsuz miqrantları yerləşdirməyə məcbur edib






presstv

"Presstv"az #ABŞ, #ABŞ senatı, #Co Bayden, #Dollar, #Nəqliyyat, #Nyu-York

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin keçmiş prezidenti (2021-2025) Co Baydenin administrasiyası ölkənin bir çox hava limanlarını sənədsiz miqrantları terminallarda yerləşdirməyə məcbur edib.

presstvaz xəbər verir ki, bu barədə “Fox News” telekanalı ABŞ Senatının Ticarət Komitəsinin 47 səhifəlik hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, Bayden administrasiyası hava limanlarının rəhbərliyinə, ABŞ Nəqliyyat Departamentinə və Federal Aviasiya Administrasiyasına qeyri-qanuni mühacirləri terminallarda yerləşdirmək üçün təzyiq göstərib.

Hesabatda Boston, Nyu-York və Çikaqo da daxil olmaqla ən azı 11 hava limanından bəhs edilir.

Bildirilib ki, aeroportların əməkdaşları belə vəziyyətdən dəfələrlə narahat olublar. Məsələn, Bostonun Loqan Hava Limanı bir dəfə nəqliyyat, sərnişinlərin təhlükəsizliyi və təmizlik də daxil olmaqla 352 miqrantı qəbul etmək üçün 779 min dollar xərcləyib.

Hesabatda, həmçinin miqrantların uçuş-enmə zolaqlarına çıxması halları, oğurluq və iğtişaşlar da daxil olmaqla sənədsiz mühacirlərin fəaliyyətləri barədə də məlumat qeyd edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv