Travma hadisəsində vətəndaşın ilk görməli olduğu tədbirlər – Baş həkimdən tövsiyələr

Travma hadisəsində vətəndaşın ilk görməli olduğu tədbirlər – Baş həkimdən tövsiyələr






presstv

"Presstv"az #Hadisə, #Həkim, #qaz sızması, #Səhiyyə Nazirliyi, #Təcili Tibbi Yardım

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hər il ölkəmizdə müxtəlif travma və qəza halları baş verir. Bu zaman zərərçəkənə göstərilən ilk yardım çox vaxt onun həyatını xilas edə bilər. Hər bir vətəndaş travma hadisəsində necə davranacağını bilməli və ilkin yardım qaydalarına bələd olmalıdır”.

presstvaz xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun baş direktorunun müavini baş həkim Nizami Məmmədov “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində açıqlayıb.

Onun sözlərinə görə, vacib məsələ təhlükəsizliyin təmin edilməsidir:

“Hadisə yerində əvvəlcə vəziyyəti dəyərləndirmək, həm öz, həm də zərərçəkənin təhlükəsizliyini qorumaq lazımdır. Əgər yanğın, qaz sızması və ya elektrik təhlükəsi varsa, oraya yaxınlaşmaq olmaz. Təhlükə aradan qaldırıldıqdan sonra yardım göstərmək mümkündür. Növbəti addım təcili tibbi yardım çağırmaqdır. Hadisənin yeri, yaralanmanın xarakteri və zərərçəkənlərin sayı barədə aydın məlumat verilməlidir. Yardım gələnə qədər operatorun verdiyi təlimatlara əməl etmək vacibdir. Zərərçəkənə yaxınlaşdıqda ilk olaraq onun şüuru, tənəffüsü və nəbzi yoxlanılmalıdır. Əgər zərərçəkən şüurludursa, onu sakitləşdirmək, hərəkət etdirməmək və vəziyyətini sabit saxlamaq lazımdır. Şüursuz vəziyyətdə olan şəxslərdə isə tənəffüs yoxdursa, süni tənəffüs və ürək masajı başlanılmalıdır.

Qanaxma müşahidə olunarsa, dərhal dayandırmaq həyati əhəmiyyət daşıyır. Bu zaman təzyiqli sarğıdan və ya lazım gəldikdə turnikedən istifadə edilir. Hər bir dəqiqə vacibdir – qanaxmanın qarşısını vaxtında almaq insanın həyatını xilas edə bilər”.

Baş həkim qeyd edib ki, sınıq və çıxıq hallarında zərərçəkəni hərəkət etdirmək olmaz:

“Sadəcə olaraq, ətraf sabit vəziyyətdə saxlanmalı və tibbi yardımın gəlməsi gözlənilməlidir. Eyni zamanda, zərərçəkən soyuq hava şəraitindədirsə, onu isti saxlayacaq vasitələrlə örtmək, psixoloji cəhətdən sakitləşdirmək tövsiyə olunur. Unutmaq olmaz ki, düzgün və vaxtında göstərilən ilkin yardım çox zaman ixtisaslaşmış tibbi müdaxilədən öncə həyati funksiyaları qorumağa kömək edir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv