Ukrayna Rusiyada təyyarə zavodunu dronlarla vurdu

Ukrayna Rusiyada təyyarə zavodunu dronlarla vurdu






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #Dron hücumu, #Hadisə, #Hakim, #Nəqliyyat, #Rusiya, #təyyarə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərinə kütləvi dron hücumu edib.

Bu barədə presstvaz “Focus.ua” nəşrinə istinadən xəbər verir.

Məlumata görə, şəhərdə onlarla partlayış baş verib və yanğınlar başlayıb. Sakinlərin bildirdiyinə görə, 20-dən çox partlayış səsi eşidilib.

Həmçinin təyyarə zavoduna zərbə dəydiyi və “A-60” təyyarəsinin məhv edildiyi qeyd edilir. Yerli sakinlər hücum olunan ərazidə təyyarənin yandığını bildiriblər və bunun “A-60” ola biləcəyi deyilir. Eyni zamanda, Taqanroqdakı anqarın da yandığı bildirilir. İlkin məlumatlara görə, həmin vaxt anqarda üzərində modernləşdirilmə işləri aparılan “Tu-95MS” strateji bombardmançı təyyarəsi olmuş ola bilər.

Şahidlərin sözlərinə görə, bəzi evlərdə pəncərələr titrəyib və park edilmiş avtomobillərdə siqnalizasiya işə düşüb.

Yerli hakimiyyət orqanları Taqanroq şəhərinə dron hücumunu təsdiqləyiblər. İki çoxmənzilli yaşayış binasına və bir fərdi evə ziyan dəydiyi, həmçinin sənaye zonasında anbarda yanğın baş verdiyi bildirilir.

Təsdiqlənməmiş ilkin məlumata görə, eyni zamanda, “İl-76MD” hərbi nəqliyyat təyyarəsi bazasında yaradılan sovet eksperimental lazer kompleksinə də zərbə dəyib. Bunu, xüsusən də hadisə yerindən yayılan bəzi görüntülər təsdiqləyir.

Həmçinin Taqanroqda hava limanının dispetçer qülləsinin vurulduğu da ehtimal edilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv