Erməni deputat: Koçaryanın hakimiyyət mübarizəsi gülüş doğurur

Erməni deputat: Koçaryanın hakimiyyət mübarizəsi gülüş doğurur






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Robert Koçaryanın hakimiyyət uğrunda mübarizəsi nəinki müqəddəs sayılmır, hətta gülüş doğurur.

presstvaz  APA-ya istinadən bildirir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Vaaqn Aleksanyan deyib.

O bildirib ki, müxalifətin 2021-ci ildən rəhbər tutduğu ritorika dəyişməyib.

Aleksanyanın sözlərinə görə, müxalifətin Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesinin 1969-cu ilə aid xəritələr əsasında həyata keçirilməsinə irad tutmağa haqqı yoxdur:

“Onlar unudur ki, təklif etdikləri 1974-1979-cu illərə aid xəritələr də məhz 1969-cu ilin xəritəsinin əsasında hazırlanıb. Müxalifətin bunu bilərək ictimaiyyətdə narazılıq yaratmaq cəhdləri anlaşılan deyil. Daşnak ideologiyasına sahib olan bu adamlar Rusiyanın tərəfdarı olan şəxsin diktəsi ilə hərəkət edir. 2023-cü ildə Rusiya tərəfdarı olan bir şəxs deyirdi ki, hamının Qalstanyan soyadı ilə tanıdığı Baqrat Srbazan Baş nazir postuna namizəd olmalıdır. İndi isə 130 illik tarixə malik partiya bu ideyanı reallaşdırır”, – o deyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv