Könül Vəlibəylinin qızı süni tənəffüs aparatına qoşulub

Könül Vəlibəylinin qızı süni tənəffüs aparatına qoşulub






presstv

"Presstv"az #Audi, #Bakı, #Kliniki Tibbi Mərkəz, #Yasamal Rayonu, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı Milli Geyim Evinin rəhbəri, Yasamaldakı yanğın zamanı həyatını itirən Könül Vəlibəylinin qızı Ləman Qulamovanın son durumu açıqlanıb.

“Yeni Klinika”dan presstvaz-a verilən məlumata görə, onun vəziyyəti kritik ağır olaraq qalmaqda davam edir.

“Pasiyent süni tənəffüs aparatına qoşulmuş vəziyyətdə reanimasiya şəraitində nəzarətdə saxlanılır”, – deyə məlumatda bildirilib.

10:59

Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında xəsarət alan daha üç nəfər özəl tibbi müəssisəsinə yerləşdirilib.

Bu barədə presstvaz-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Bildirilib ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən dördü könüllü olaraq özəl tibb müəssisəsinə yerləşdirilib.

Onlardan biri (Ləman Qulamova) isə “Yeni Klinika”ya hospitalizasiya olunub.

09:34

Bakı Milli Geyim Evinin rəhbəri, Yasamaldakı yanğın zamanı həyatını itirən Könül Vəlibəylinin qızı Ləman Qulamovanın müalicəsi “Yeni Klinika”da davam etdirilir.

presstvaz-ın əldə etdiyi məlumata görə, vəziyyəti ağır olaraq qalan Ləman Qulamova xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, bundan öncə o, kəskin zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilmişdi.

Qeyd edək ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Könül Vəlibəylinin qızı süni tənəffüs aparatına qoşulub


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv