“Frankenşteyn” və “Drakula” haqqında filmlərin ulduzu Udo Kir vəfat edib

“Frankenşteyn” və “Drakula” haqqında filmlərin ulduzu Udo Kir vəfat edib






presstv

"Presstv"az #Aktyor, #Audi, #Avropa, #Epidemiya, #London, #Vəfat edib

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almanmənşəli aktyor Udo Kir 82 yaşında vəfat edib.

presstvaz xəbər verir ki, bu barədə “Variety” nəşri yazıb.

Onun ölümünün səbəbi açıqlanmayıb.

Udo Kir (əsl adı Udo Kirşpe) Kölndə anadan olub, 18 yaşında Londona, daha sonra Amerika Birləşmiş Ştatlarına köçüb.

Kirin özü etiraf edib ki, bu sənəti populyarlıq qazanmaq üçün seçib.

Aktyor 200-dən çox filmdə çəkilib, lakin ona ən böyük şöhrəti Endi Uorholla birgə çalışdığı ilk işləri gətirib. O, Uorhollun prodüserliyi ilə Pol Morrisi tərəfindən çəkilmiş “Frankenşteyn üçün bədən” (1973) və “Drakula üçün qan” (1974) filmlərində baş rolları ifa edib. Bu filmlər Hollivud monstrlarının klassik obrazlarının yeni versiyaları olub.

Bu işlər sayəsində məşhurlaşan aktyor 20 il ərzində Avropada fəal şəkildə filmlərə çəkilib. O, dünyaşöhrətli Rayner Verner Fasbinderin “Stansiya rəisinin arvadı”, “Üçüncü nəsil” və “Lili Marlen” filmlərində rollar alıb.

Aktyor, həmçinin “Mənim şəxsi Aydaho ştatım”, “Epidemiya” , “Avropa”, “Dalğaları yararkən”, “Qaranlıqda rəqs”, “Doqvill”, “Melanxoliya” və “Nimfomanka. II hissə”, “Eys Ventura: Ev heyvanlarının axtarışı”, “Armageddon” və “Bleyd” kimi filmlərdə çəkilib.

Kleber Mendonsa Filyunun “Gizli agent” filmindəki rolu aktyorun son böyük işlərindən biri olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv