Alman mühəndislərdən təyyarə qanadlarında buzlanmaya qarşı YENİ METOD

Alman mühəndislərdən təyyarə qanadlarında buzlanmaya qarşı YENİ METOD






presstv

"Presstv"az #Almaniya, #Audi, #Avropa, #qızdırma, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Almaniya mühəndisləri təyyarə qanadlarında buzlanma ilə mübarizə üçün yeni üsul təklif ediblər.

presstvaz newatas.com-a istinadən xəbər verir ki, onlar ənənəvi qızdırma sistemi əvəzinə buzun qanad səthindən vibrasiya vasitəsilə silkələnərək kənarlaşdırılmasını təklif edirlər.

Buzlanma aerodinamikanı ciddi şəkildə pozur, müqaviməti artırır, qaldırma qüvvəsini azaldır və təyyarənin sabitliyinə təsir göstərir. Hazırda sərnişin təyyarələri buzlanmanı aradan qaldırmaq üçün mühərriklərdən alınan isti havadan istifadə edirlər, lakin bu metod onların səmərəsini azaldır.

Problemi aradan qaldırmaq üçün alimlər qanadın səthinə çox kiçik pyezoelektrik aktuatorlar yerləşdiriblər. Onlardan cərəyan keçdikdə aktuatorlar bir neçə kilohers tezlikdə vibrasiya yaradır və bu vibrasiya buzun çatlamasına və qopmasına səbəb olur. Sistem buzlanma ilə mübarizə üçün enerji sərfini 80%-ə qədər azaltmağa qadirdir.

Layihənin əsas elementi qanadın təbii titrəmə tezliyini real vaxtda müəyyən edən alqoritmdir. Bu tezlik hündürlükdən, sürətdən, temperaturdan, rütubətdən və buzun qalınlığından asılıdır. Sistem Avropanın “Clean Aviation” proqramı çərçivəsində buzlanma aerodinamik tunelində sınaqdan keçirilib və hazırda təyyarələr üzərində edilməsinə hazırlıq görülür.

Alman mühəndislərdən təyyarə qanadlarında buzlanmaya qarşı YENİ METOD


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv