Arktikada sürpriz: “Metan bombası” partlamaya bilər

Arktikada sürpriz: “Metan bombası” partlamaya bilər






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Kanada, #Qlobal istiləşmə, #Qrenlandiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Alimlər aşkar ediblər ki, Arktika torpaqlarında havadan metanı təmizləyən mikroblar bu qazı istehsal edərək qlobal istiləşməni sürətləndirən mikrobları sıxışdırır.

presstvaz xəbər verir ki, bu barədə “Communications Earth and Environment” jurnalında məqalə dərc edilib.

Məlumata görə, əbədi buzlaqların birbaşa üzərində yerləşən torpaq təbəqələrindəki mikroblar metabolizm üçün karbondan istifadə edir və onu metana çevirir. Metan isə qlobal istiləşməni gücləndirir. Əbədi buzlaqlar əridikcə daha çox karbon qazı buraxılır və bu da bəzən “metan bombası” adlanan istiləşmə effekti yaradır.

Lakin Arktika torpaqlarındakı mikroblara dair son araşdırma göstərir ki, bu “metan bombası” partlamaya bilər.

Alimlər Kanada, Qrenlandiya və Sibirdəki əbədi buzlaq torpaqlarında, eləcə də buzların əridiyi torpaqlarda yaşayan mikrobları araşdırıblar. Elm adamları Arktikada metan istehsal edən mikroblardan daha çox metan yeyən mikrobların ola biləcəyini aşkar ediblər. Bu o deməkdir ki, Arktika torpaqları effektiv şəkildə karbon uducusuna çevrilə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv