Trampdan Zelenskini qəzəbləndirəcək Ukrayna açıqlaması

Trampdan Zelenskini qəzəbləndirəcək Ukrayna açıqlaması






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Co Bayden, #Donald Tramp, #Hakim, #Müharibə, #Rusiya, #Rusiya-Ukrayna müharibəsi, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp Cenevrədə davam edən sülh danışıqları zamanı Ukrayna rəhbərliyini tənqid edərək, "Səylərimizə minnətdarlıq göstərmədilər" deyib. Tramp, müharibənin özünə "miras qaldığını" və əslində Bayden dövründə başladığını vurğulayıb.

presstvaz xəbər verir ki, Cenevrədə ABŞ, Ukrayna və Avropa nümayəndə heyətləri arasında ABŞ-nin təqdim etdiyi 28 maddəlik sülh planına dair görüşlər davam etdiyi  vaxtda, Tramp sosial media hesabından paylaşdığı açıqlamasında Ukrayna rəhbərliyini sərt tənqid edib.

Tramp Rusiya-Ukrayna müharibəsini "şiddətli və dəhşətli" sözləri ilə təsvir edərək bildirib: "ABŞ və Ukrayna daha güclü, daha doğru rəhbərliyə sahib olsaydı, bu müharibə heç vaxt baş verməzdi."

Tramp müharibənin keçmiş prezident Co Bayden dövründə başladığını və vəziyyətin getdikcə daha da ağırlaşdığını qeyd edib. O, özünün hakimiyyətdə olduğu təqdirdə belə bir qarşıdurmanın baş verməyəcəyini iddia edib: "Əgər 2020 seçkiləri radikal sol demokratların bacardığı tək şey olan hiylə və oğurluqla nəticələnməsəydi, Ukrayna-Rusiya müharibəsi olmazdı. Mənim ilk prezidentliyim dövründə belə bir hücumdan söhbət belə getmirdi. Putin əsla hücum etməzdi."

Tramp Ukraynanın ABŞ səylərini qiymətləndirmədiyini bildirib: "Ukrayna rəhbərliyi etdiyimiz heç bir şeyə minnətdarlıq göstərmədi və Avropa hələ də Rusiyadan neft almağa davam edir."

Tramp əlavə edib ki, ABŞ NATO kanalları vasitəsilə Ukraynaya silah satır, lakin Prezident Bayden Ukraynaya "hər şeyi pulsuz verdiyini" iddia edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv