Min nəfərin yaşadığı, təhsilə böyük maraq olan ucqar kənd – Gədəbəydən REPORTAJ

Min nəfərin yaşadığı, təhsilə böyük maraq olan ucqar kənd – Gədəbəydən REPORTAJ






presstv

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Kəndinə qayıt” verilişinin növbəti buraxılışında Gədəbəyin ən ucqar yaşayış məntəqələrindən biri – dağların qoynunda yerləşən Nərimankəndə səyahət edilib.

Nərimankənd Azərbaycanın qərb hissəsində, Gədəbəy və Tovuz rayonlarının inzibati sərhədlərində, Xınna dərəsində yerləşir.

Kənd bir zamanlar Orconikidze adlandırılıb və ölkəmizin müstəqilliyini bərpa etməsindən sonra öz tarixi adına qovuşub.

Hazırda burada təxminən 1 000 nəfər yaşayır. Nərimankəndin ən diqqətçəkən cəhətlərindən biri ata-babalardan qalmış qədim evlərin bu günə qədər qorunub saxlanmasıdır. Kəndin sakinləri arasında təhsilə böyük maraq var və uzun illərdir ki, burada təhsil almayan gənclərə qız verilmədiyi deyilir.

Lakin kəndin yaşlı sakini Afizə nənə bildirir ki, vaxtilə adətlər tam əksinə olub – oxuyan qızlarla evlənmək istəməz, belə qızlar ailə qurmaqda çətinlik çəkərmiş.

“Əvvəllər deyirdilər ki, qız oxuyubsa, onu almırıq. Çox oxuyan qızı almırdılar. Sonralar çoxu şəhərə getdi, orada oxuyub, elə orada da qaldılar. İndi kəndimizdə qız yoxdur”, – Afizə nənə söyləyib.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv