Aviaşirkətlər Venesuelaya uçuşları ləğv edirlər

Aviaşirkətlər Venesuelaya uçuşları ləğv edirlər






presstv

"Presstv"az #ABŞ, #Audi, #Aya uçuş, #Braziliya, #Hava Yolları, #İspaniya, #İspaniyanın, #Kolumbiya, #Türkiyə, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi Venesuelaya mülki aviasiya uçuşları üçün təhlükə elan etdikdən sonra altı beynəlxalq aviaşirkət bu ölkəyə öz uçuşlarını ləğv edib.

presstvaz “CTV News”a istinadən xəbər verir ki, bu barədə məlumat Venesuela Aviaşirkətləri Assosiasiyasının prezidenti Marisela de Loaysanın açıqlamasında yer alıb.

Onun sözlərinə görə, İspaniyanın “Iberia”, Portuqaliyanın TAP, Çilinin LATAM, Kolumbiyanın “Avianca”, Braziliyanın GOL, habelə Trinidad və Tobaqonun “Caribbean Airlines” aviaşirkətləri uçuşların dayandırıldığını elan ediblər.

Eyni zamanda, Panamanın “Copa Airlines”, İspaniyanın “Air Europa” və “Plus Ultra”, Türkiyənin “Türk Hava Yolları” və Venesuelanın LASER aviaşirkətləri Venesuelaya uçuşları davam etdirirlər.

Xatırladaq ki, daha əvvəl Pentaqonun rəhbəri Pit Heqset Qərb yarımkürəsində narkoterrorçulara qarşı hərbi əməliyyatın başladığını elan etmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv