Məşhur amerikalı müğənni 10 ildən sonra ilk albomunu buraxacaq

Məşhur amerikalı müğənni 10 ildən sonra ilk albomunu buraxacaq






presstv

"Presstv"az #Audi, #London, #Los-Anceles

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Amerikalı müğənni və aktrisa Hilari Daff 10 il fasilədən sonra ilk albomunu buraxacaq.

presstvaz “Variety”yə istinadən xəbər verir ki, kino ulduzunun sayca altıncı studiya albomu olan “Luck…or Something” 20 fevral 2026-cı ildə “Atlantic Records” vasitəsilə satışa çıxarılacaq.

İfaçının sözlərinə görə, albomun adı onun həyat yoluna dair düşüncələrini əks etdirir.

Daff yeni albomu ilə konsert turuna da çıxacaq. O, 19 yanvarda Londonda, ardınca Torontoda (24 yanvar) və Bruklində (27 yanvar) konsertlər verəcək və 29 yanvarda Los-Ancelesdə öz turunu başa vuracaq.

Qeyd edək ki, Hilari Daff “Lizzi Makquayr” (2001-2004) serialı, “Agent Kodi Benks” (2003), “Zoluşka hekayəsi” (2004), “Superstar” (2004), “Real qızlar” (2006), “Böyük oyun” (2008), “Ehtiyat şüşə” (2009), “Qreta” (2009) və bir çox digər filmləri ilə tanınır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv