"Covid-19"dan sonra ən yoluxucu virus – Məktəbləri bağladılar

"Covid-19"dan sonra ən yoluxucu virus – Məktəbləri bağladılar






presstv

"Presstv"az #Avropa, #Avstraliya, #Böyük Britaniy, #Böyük Britaniya, #Epidemiya, #Həkim, #qızdırma, #Qrip, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Şimal yarımkürəsində sürətlə yayılan H3N2 virusu artıq Yaponiya və Avstraliyada genişmiqyaslı epidemiyalara səbəb olub. Böyük Britaniyada qrip mövsümü gözlənildiyindən daha tez başlayıb. Yay ayları ərzində bir neçə mutasiyaya uğraması nəticəsində virusun yeni variantı mövcud peyvəndlərə qarşı daha davamlıdır və xüsusilə uşaqlar və yaşlılar üçün ciddi təhlükə yaradır.

presstvaz xəbər verir ki, mütəxəssislərin məlumatına görə, H3N2 virusu yay ərzində yeddi fərqli mutasiyaya məruz qalıb. Mövcud qrip peyvəndlərinin bu yeni formaya qarşı qoruyuculuğu aşağı olduğu üçün Avropa və Asiya ölkələrində narahatlıq artır.

Yaponiyada yoluxmaların sürətlə artması nəticəsində hökumət ümummilli epidemiya elan edib. Bir çox bölgələrdə məktəblər müvəqqəti bağlanıb. Avstraliyada da səhiyyə qurumları rekord sayda yoluxma halı qeydə alındığını açıqlayır.

H3N2-nin yeni variantı klassik qrip simptomları – qızdırma, öskürək, burun axması – ilə özünü göstərsə də, xüsusilə uşaqlarda və yaşlılarda daha ağır keçir.

Həkimlər bildirirlər ki, virusun mutasiyaları immun sisteminin onu tanımasını çətinləşdirir və xəstəliyin daha uzun və ağır keçməsinə səbəb olur.

Bununla belə, mütəxəssislər panikaya ehtiyac olmadığını bildirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv