ABŞ-li nazir: “Ukraynanın vəziyyəti çox acınacaqlıdır”

ABŞ-li nazir: “Ukraynanın vəziyyəti çox acınacaqlıdır”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Rusiya, #Ukrayna, #Vaşinqton, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ukrayna çox acınacaqlı vəziyyətdədir və hazırda sülh üçün ən münasib məqamdır”.

presstvaz “Financial Times”a istinadla xəbər verir ki, bunu ABŞ-nin ordu naziri Daniel Driskol bəyan edib.

Driskolun sözlərinə görə, Ukraynada sülh ABŞ Prezidenti Donald Trampa məhz indi lazımdır.

Nəşrin yazdığına görə, Tramp özü bildirib ki, Ukrayna lideri Volodimir Zelenski daha sərfəli sövdələşmə şərtləri əldə etmək üçün təzyiq göstərməyə çalışır. Lakin o, Zelenskinin mövqeyini əlverişsiz hesab edir.

Noyabrın 20-də Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Donald Trampın sülh planının 28 bəndini dərc edib. Ukrayna rəsmiləri sənədi tənqid edərək, düzəlişlər edilmədən onu qəbulolunmaz hesab ediblər, halbuki Vaşinqton gözləyirdi ki, Ukrayna lideri Volodimir Zelenski sənədi noyabrın 27-dək imzalayacaq. Planda NATO-dan imtina, yeni sərhədlər, bufer zona, Ukrayna Silahlı Qüvvələri üçün məhdudiyyətlər və Rusiyanın dondurulmuş aktivlərindən istifadə kimi şərtlər nəzərdə tutulub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv