Yanğında ölən Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətovanın qızının VƏZİYYƏTİ AÇIQLANDI

Yanğında ölən Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətovanın qızının VƏZİYYƏTİ AÇIQLANDI






presstv

"Presstv"az #Audi, #Bakı, #Baş Prokurorluq, #Cinayət işi, #Hadisə, #Kliniki Tibbi Mərkəz, #Təcili Tibbi Yardım, #Yasamal Rayonu, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən Bakı Milli Geyim Evinin rəhbəri Könül Hümbətovanın qızı 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti ağırdır.

presstvaz-ın əldə etdiyi məlumata görə, onun müalicəsi Kliniki Tibbi Mərkəzdə davam etdirilir.

“Ləmanın vəziyyəti ağır olduğu üçün yaxınları yanına buraxılmırlar”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, Ləman Qulamova ADA Universitetinin məzunudur.

Aygün Mirakif

01:28

Könül Hümbətovanın qızı Ləman kəskin zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

presstvaz xəbər verir ki, bu barədə APA-ya onların yaxınları məlumat veriblər.

Onun vəziyyətinin ağır olduğu bildirilir

00:19

Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın nəticəsində ölənlərdən biri Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylidir (rəsmi soyadı Hümbətovadır – red).

presstvaz “Report”a istinadən xəbər verir ki, yanğın nəticəsində 1977-ci il təvəllüdlü K.Hümbətova yanğın nəticəsində tüstüdən zəhərlənərək ölüb.

Qeyd edək ki, hadisə nəticəsində həmçinin 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qənbərli, 1983-cü il təvəllüdlü Samir Kamal oğlu Məmmədov ölüblər.

Təcili tibbi yardım briqadası tərəfindən ümumilikdə 20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv