Hikmət Mirzəyev şəhid kəşfiyyatçının atası ilə görüşdü

Hikmət Mirzəyev şəhid kəşfiyyatçının atası ilə görüşdü






presstv

"Presstv"az #Audi, #Hikmət Mirzəyev, #Müharibə, #Qazax, #Quru Qoşunları, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Müdafiə nazirinin müavini, Quru Qoşunlarının komandanı, Xüsusi Təyinatlı Qüvvələrin sabiq komandanı, Vətən Müharibəsi Qəhrəmanı, general-polkovnik Hikmət Mirzəyev kəşfiyyatçı, şəhid kapitan Mühüd Orucovun atası Qurban Orucovla görüşüb.

presstvaz xəbər verir ki, bu barədə “Qazax” Xeyriyyə İctimai Birliyinin Mətbuat Xidməti məlumat verib.

Qeyd olunub ki, Hikmət Mirzəyev Mühüd Orucovun Xüsusi Təyinatlı Qüvvələrdə xidmətlərindən danışıb:

“Mühüd əvəzolunmaz kəşfiyyatçı idi. Mühüd həm zabit kimi, həm insan kimi fərqli idi. Bütün tapşırıqları qüsursuz yerinə yetirirdi. Vətəni özündən çox sevirdi. O, hərbçi doğulmuşdu. Vətən Müharibəsində Mühüdün yetişdirdiyi hərbçilər böyük şücaətlər göstərdilər. Mühüd kimi oğul böyütdüyünüzə görə sizə təşəkkür edirəm. Mühüd hər zaman mənim yadımdadır, mənim ürəyimdədir. Yaxın günlərdə Muhüdün məzarını ziyarət edəcəyəm”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv