Bakı sakini: “Əvvəllər qonşuluq münasibətləri çox yaxşı idi, indi hər şey dəyişib”

Bakı sakini: “Əvvəllər qonşuluq münasibətləri çox yaxşı idi, indi hər şey dəyişib”






presstv

"Presstv"az #Audi, #Bakı, #Sosial şəbəkələr, #SSRİ, #Təbrik, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-nin “O vaxtlar” verilişinin budəfəki qəhrəmanı Bakı sakini Leyla İbrahimova olub.

O, nənəsi ilə babasının nakam eşqindən söz açıb: “SSRİ dövründə nənəmlə babamı Moskvaya oxumağa göndərmişdilər. Qatarda gedəndə babam orada bir xanımın xəstələndiyini eşidir. Ona dərman alır, qayğı göstərir. Sonra Bakıya qayıdanda həmin xanıma, yəni nənəmə evlilik təklifi edir. Amma evliliklərinin 5-ci ildönümündə nənəm uşaq üstündə dünyasını dəyişir. Babam nənəmi çox sevirdi, həmin gün geyinməsi üçün ona gəlinlik tikdirmişdi. Nənəm elə o paltarda dəfn olunur”.

Leyla İbrahimova, həmçinin o dövrün qonşuluq və qohumluq münasibətlərindən danışıb:

“Əvvəllər qonşuluq və qohumluq münasibətləri çox yaxşı idi. Keçmişdə bayramlarda bir-birimizin evinə gedər, pay aparardıq. İndi isə hər şey dəyişib. İnsanlar bayramlarda sosial şəbəkələr vasitəsilə bir-birlərini təbrik etməklə kifayətlənir, qohumluq əlaqələrini gücləndirmək istəmirlər”.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv