Köhnə maşınların aksiz dərəcəsi artırılır – Qərar qəbul edildi

Köhnə maşınların aksiz dərəcəsi artırılır – Qərar qəbul edildi






presstv

"Presstv"az #Avto, #avtomobillər, #Azərbaycan, #Milli Məclis, #Vergi Məcəlləsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda köhnə minik avtomobillərinə aksiz dərəcəsi artırılır.

presstvaz xəbər verir ki, gələn ildən Azərbaycana idxal olunan istehsal tarixi 7 ildən çox olan minik avtomobilləri üçün aksiz dərəcəsi yüksələcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda aksiz dərəcəsi minik avtomobillərinin mühərrik həcminə və istehsal tarixinə görə hesablanır. Məsələn, mühərrik həcmi 2000 kubsantimetrədək olan avtomobillərdə hər kubsantimetr üçün 0,30 manat, 3000 kubsantimetrədək olanlarda 600 manat + 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə 5 manat tətbiq edilir. Daha böyük mühərrikli avtomobillərdə isə aksiz dərəcəsi 5000 kubsantimetrdən çox mühərrik həcmi üçün 53600 manat + əlavə kubsantimetr üzrə 70 manat təşkil edir.

Hazırda istehsal tarixi 7 ildən artıq olan minik avtomobilləri üçün benzin mühərrikli avtomobillərdə 1,2, dizel mühərrikli avtomobillərdə isə 1,5 yüksəldici əmsal tətbiq olunur. Yeni qanun layihəsinə əsasən, 2026-cı il yanvarın 1-dən bu əmsallar artırılacaq: benzin mühərrikli avtomobillərdə 1,5, dizel mühərrikli avtomobillərdə isə 2 tətbiq ediləcək.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılıb və birinci oxunuşda qəbul edilib.

Bu dəyişiklik köhnə minik avtomobillərinin idxalını məhdudlaşdırmaq və bazarda daha müasir, ekoloji tələblərə cavab verən avtomobillərin istifadəsini təşviq etmək məqsədi daşıyır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv