Rusiya XİN: “Moskva Kiyevdəki Azərbaycan səfirliyinin binasına dəyən ziyanla bağlı təəssüfünü bildirir”

Rusiya XİN: “Moskva Kiyevdəki Azərbaycan səfirliyinin binasına dəyən ziyanla bağlı təəssüfünü bildirir”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan-Ermənistan münasibətləri, #Ermənistan, #Hadisə, #Kiyev, #Mixail Qaluzin, #Rəhman Mustafayev, #Rusiya, #Rusiya XİN, #Ukrayna, #Xarici İşlər Nazirliyi (XİN)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayevlə görüşüb.

presstvaz-ın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Söhbət zamanı qeyd edilib ki, 14 noyabrda Azərbaycan tərəfindən Kiyevdəki Azərbaycan diplomatik nümayəndəliyinin binalarına, əmlakına və ərazisinə dəyən ziyanla bağlı daxil olan müraciət səlahiyyətli Rusiya qurumları tərəfindən diqqətlə nəzərdən keçirilib. Rusiya tərəfi baş verən hadisə ilə bağlı səmimi təəssüfünü ifadə edir. Eyni zamanda, mövcud məlumatların nəzərdən keçirilməsi nəticəsində müəyyən edilib ki, Kiyevdəki Azərbaycan diplomatik nümayəndəliyinin binalar kompleksinə dəyən ziyan, böyük ehtimalla, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sistemlərinin qeyri-düzgün işi, güman ki, “Patriot” zenit-raket kompleksinin düşməsi nəticəsində baş verib.

Azərbaycan tərəfinə təkrarən məlumat verilib ki, xüsusi hərbi əməliyyatın keçirilməsi zamanı Rusiya Silahlı Qüvvələri qanuni hərbi hədəflərə zərbələr endirirlər və buraya Ukrayna müdafiə sənayesi obyektləri, eləcə də Kiyevdə yerləşən obyektlər daxildir. Zərbələrin planlaşdırılması zamanı mülki əhaliyə zərər dəyməsinin istisna edilməsi üçün döyüş məlumatlarının diqqətli şəkildə yoxlanılması həyata keçirilir və xarici ölkələrin diplomatik nümayəndəliklərin yerləşdikləri yerlər nəzərə alınır.

Sonrakı söhbət zamanı 22 fevral 2022-ci ildə Moskvada imzalanmış Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında Müttəfiqlik əməkdaşlığı haqqında Bəyannaməyə uyğun olaraq ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə dair qarşılıqlı öhdəlik təsdiqlənib. Yüksək səviyyədə təmasların cədvəli müzakirə edilib. İkitərəfli iqtisadi əməkdaşlığın inkişafında uğurlar, mədəni-humanitar əlaqələrin tam şəkildə bərpasının vacibliyi qeyd edildi.

Ayrıca olaraq regional mövzular, o cümlədən 2020-22-ci illərdə əldə edilmiş üçtərəfli yüksəksəviyyəli razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında Rusiyanın mümkün köməyi müzakirə edildi. “3+3″ Regional Əməkdaşlıq Platformasının ritmik fəaliyyətinin dəstəklənməsi məsələləri də müzakirə edilib”, – deyə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

16:04

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevlə görüşüb.

presstvaz xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, tərəflər yüksəksəviyyəli ikitərəfli əlaqələri müzakirə ediblər.

“Görüşdə yüksəksəviyyəli əlaqələr müzakirə edilib. İkitərəfli iqtisadi əməkdaşlığın irəliləyişində əldə olunan uğurlar və mədəni-humanitar əlaqələrin tam bərpasının vacibliyi qeyd edilib”, – deyə Rusiya XİN-dən bildirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv