Gələn il qeyri-neft-qaz sektorunda ÜDM 101 milyard manatı keçəcək

Gələn il qeyri-neft-qaz sektorunda ÜDM 101 milyard manatı keçəcək






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Hesablama Palatası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2026-cı ildə Azərbaycan iqtisadiyyatının real ifadədə 2.9 faiz artacağı gözlənilir.

presstvaz Hesablama Palatasına istinadən xəbər verir ki, gələn il ümumi daxili məhsulun (ÜDM) həcminin 134 milyard 100 milyon manat olacağı proqnozlaşdırılır.

Ortamüddətli dövr üçün təqdim edilən proqnozlar göstərir ki, 2029-cu il istisna olmaqla, neft sektorunda azalma gözlənilir. Bu baxımdan, ÜDM üzrə həm nominal, həm də real artımın tam şəkildə qeyri-neft və qeyri-qaz sektorunun hesabına təmin ediləcəyi proqnozlaşdırılır. Qeyri-neft-qaz sektorundakı artıma isə bütün sahələrin töhfə verəcəyi planlaşdırılıb.

Strateji məqsədlər üzrə müəyyən edilmiş əsas indikatorlar dövlət büdcəsinin tərtibində baza kimi qəbul olunan makroiqtisadi göstəricilərin formalaşdırılması zamanı da əsas diqqət mərkəzində saxlanılıb.

2025-ci ilin dövlət büdcəsi layihəsində ortaillik inflyasiya 4.6 faiz səviyyəsində proqnozlaşdırılmışdı. Lakin 2026-cı ilin büdcə layihəsi hazırlanarkən 2025-ci il üzrə gözləntilər yenidən qiymətləndirilərək 5.4 faizə yüksəldilib. “Büdcə zərfi”ndə təqdim olunan məlumata görə, 2026-cı il üçün ortaillik inflyasiyanın 4.8 faiz olacağı gözlənilir.

Hesabat dövründə dövlət tərəfindən qiymətləri tənzimlənən bəzi məhsul və xidmətlərin əvvəlki qiymət artımlarının gecikmiş təsiri, həmçinin cari ilin gözlənilən inflyasiya rəqəmi nəzərə alınmaqla, 2026-cı il üzrə inflyasiya proqnozlaşdırılarkən optimist yanaşma tətbiq edilib.

Qeyd edək ki, 2024-cü ildə ÜDM 126 milyard 300 milyon manat, qeyri-neft-qaz ÜDM-i 75 milyard 300 milyon manat, iqtisadi artım isə 4.1 faiz olub. Bu il ÜDM-in 129 milyard 200 milyon manat, qeyri-neft-qaz ÜDM-in 92 milyard 200 milyon manat, iqtisadi artımın isə 3.5 faiz olması proqnozlaşdırılıb. Gələn il ÜDM-in 134 milyard 100 milyon manat, qeyri neft-qaz ÜDM-in 101 milyard 700 milyon manat, iqtisadi artımın isə 2.9 faiz səviyyəsində olacağı gözlənilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv