Göygöl və Biləsuvarda heyvan bazarlarında infrastruktur yenilənir

Göygöl və Biləsuvarda heyvan bazarlarında infrastruktur yenilənir






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Biləsuvar

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Göygöl və Biləsuvar rayonlarında yerləşən heyvan bazarlarının müasir tələblərə uyğunlaşdırılması istiqamətində rekonstruksiya işlərinə başlanılıb.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, sözügedən bazarlarda infrastrukturun yenilənməsi mərhələli şəkildə davam etdirilir:

“Ərazinin giriş və çıxış hissələrində dezbaryerlərin quraşdırılması və asfaltlanma işləri icra olunur. Həmçinin, xəstə heyvanların sağlam heyvanlardan ayrılması üçün xüsusi izolyator sahələrinin yaradılması, satış sahələrinin standartlara uyğunlaşdırılması və infrastrukturun yaxşılaşdırılması işləri də aparılır. Bazarlarda iri buynuzlu və xırda buynuzlu heyvanlar üçün ayrı-ayrı funksional bölmələrin yaradılması da təmin edilir. Eyni zamanda, qanunvericiliyə uyğun olmayan ictimai iaşə obyektləri bazar ərazilərindən kənarlaşdırılır”.

“AQTA bildirir ki, təmir və bərpa işləri tamamlandıqdan sonra bazarların fəaliyyətə başlaması məsələsi qiymətləndiriləcək”, – deyə məlumatda qeyd edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv