10,65 milyard manatlıq dövlət istiqrazları qeydiyyata alınıb

10,65 milyard manatlıq dövlət istiqrazları qeydiyyata alınıb






presstv

"Presstv"az #Audi, #Bakı, #Bakı Fond Birjası, #Hərrac

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mərkəzi Bank 2025-ci ilin yanvar-sentyabr ayları üzrə qiymətli kağızlar bazarının göstəricilərini açıqlayıb.

presstvaz xəbər verir ki, hesabat dövründə ölkədə 10 milyard 650 milyon manat dəyərində dövlət istiqrazları, 2 milyard 352 milyon 500 min manat dəyərində Mərkəzi Bankın notları, 1 milyard 181 milyon 800 min manat dəyərində səhmlər və 1 milyard 173 milyon 200 min manat dəyərində korporativ istiqrazlar dövlət qeydiyyatına alınıb.

Bu dövrdə Bakı Fond Birjasında keçirilən hərraclarda 3 milyard 131 milyon 900 min manatlıq dövlət istiqrazları, 1 milyard 200 milyon 800 min manatlıq korporativ istiqrazlar, 1 milyard 169 milyon 200 min manatlıq Mərkəzi Bankın notları və 192 milyon manatlıq səhmlər yerləşdirilib.

Hesabat dövründə tədavüldə olan qiymətli kağızların həcmi belə olub: 4 milyard 344 milyon 400 min manatlıq dövlət istiqrazları, 860 milyon 700 min manatlıq korporativ istiqrazlar, 93 milyon 900 min manatlıq səhmlər və 43 milyon 200 min manatlıq Mərkəzi Bankın notları.

Qeyd edək ki, 2024-cü ilin yanvar-sentyabr aylarında səhmlərin emissiyası 1 milyard 398 milyon 400 min manat, Mərkəzi Bankın notlarının emissiyası 2 milyard 610 milyon manat, dövlət istiqrazlarının emissiyası 7 milyard manat, korporativ istiqrazların emissiyası isə 1 milyard 594 milyon 800 min manat səviyyəsində olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv