Rusiyada dayələri zorlayaraq narkomana çevirən şəxs saxlanıldı

Rusiyada dayələri zorlayaraq narkomana çevirən şəxs saxlanıldı






presstv

"Presstv"az #Audi, #Moskva vilayəti, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Noginsk şəhərindən olan şəxs Moskva vilayətində saxlanılıb.

presstvaz xəbər verir ki, bu barədə regional İstintaq Komitəsi özünün “Telegram” kanalında məlumat yayıb.

Məlumata görə, Boqorodski rayonunun 46 yaşlı sakini iki gənc qadının qətlində, digər iki qadını narkotik istifadəsinə məcbur etməkdə və cinsi təcavüzdə ittiham olunur.

Polis şöbəsi bildirib ki, istintaqın tələbi ilə onun barəsində məhkəməyəqədər həbs qərarı çıxarılıb.

Müəyyən edilib ki, kişi qurbanlarını onlayn xidmətlər vasitəsilə tapıb, dayə axtaran saxta elanlar yerləşdirib. Qadınlar onun evinə gəlib, orada yaşayıblar və daha sonra izsiz yoxa çıxıblar.

Müstəntiqlərin sözlərinə görə, kişi saxta elanla cəlb etdiyi dayələri əsir kimi saxlayıb, onları zorlayıb və mütəmadi olaraq narkotik istifadəsinə məcbur edib.

Bundan əlavə, qeyd olunur ki, təqsirləndirilən şəxs həyat yoldaşına qarşı da eyni əməlləri törədib. Nəticədə, qadın evdən qaçaraq xilas olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv