Azərbaycanın “Mİ-8” helikopteri niyə və necə VURULDU? – Faciə vaxtı xidmət başında olan polis danışdı

Azərbaycanın “Mİ-8” helikopteri niyə və necə VURULDU? – Faciə vaxtı xidmət başında olan polis danışdı






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Hadisə, #Helikopter qəzası, #Münaqişə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

AzTV-nin çəkiliş qrupu 1991-ci il 20 noyabr tarixində Azərbaycanda Qarakənd faciəsinin baş verdiyi ərazidə olub.

Süjetdə qeyd olunub ki, bu hadisə sadəcə bir helikopter qəzası deyil, eyni zamanda Azərbaycanın siyasi tarixinin dəyişmə nöqtəsidir.

Çünki Qarabağda baş verən münaqişələr, qarşıdurmalar, erməni silahlı birləşmələrinin və separatçıların Azərbaycan xalqını tərksilah etməsi, onlara hücumlar, mülki şəxslərin öldürülməsi və s. faciələr nəticəsində burada təhlükəsizliyi təmin etmək vacib idi.

Buna görə də Azərbaycanın siyasi dövlət xadimləri bu əraziyə səfər etdilər və bu səfər faciə ilə nəticələndi.

Hadisə zamanı polis əməkdaşı kimi fəaliyyət göstərən Elşən Əliyev həmin vaxt baş verənlər haqqında məlumat verib:

“20 noyabr günün ikinci yarısında kəndimizdə postda olarkən məlumat verildi ki, helikopter Qarakənd istiqamətində vuruldu. Həyəcan siqnalı verildi. Çox təəssüf ki, bizim ərazimiz ermənilərlə çox yaxın olduğu üçün orada işləyə bilmədik. Həyəcan siqnalına gələ bilmədik. Ancaq Ağdam polisləri həmin vaxt gəldilər. Rus əsgərləri onları buraxmadılar. Noyabrın 23-də bizi helikopterin qalıqları olan bu əraziyə gətirdilər. Rus əsgərləri ilə birlikdə Ağdamdan 4 nəfər polis işçisi bizi ayırdı ki, helikopterin qalıqlarını yığaq”.

Hadisə şahidi bildirib ki, diqqətini çəkən iki məqam olub.

“İlk olaraq hadisə yerinə çatanda, helikopter düşən yerdə, iki ədəd motor yanıb, ətrafa qalıqlar səpələnmişdi. Helikopterin böyük bir hissəsi sanki aşsüzənə dönmüşdü. O qədər qəlpə deşikləri var idi ki… Mən şəxsən yaxınlaşıb ona baxdım. Əlimi vurmaq istəyən zaman bir polkovnik dedi ki, əl vurma bunlar hamısı ekspertizaya gedəcək.

Digər məqam isə qıraqda – helikopterin qalıqları olan hissədən bir az aralıda bir papaq var idi. Mən səhv etmirəmsə, o zamanlar kadrlarda o papağı Alı Mustafayevin başında görmüşdüm”, – deyə o qeyd edib.

Daha ətraflı videomaterialda:

 

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv