Pezeşkianın komandasında fikir ayrılığı: Vitse-prezident istefa ərizəsi yazıb

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse-prezident istefa ərizəsi yazıb






presstv

"Presstv"az #Audi, #İran, #Məsud Pezeşkian, #Prezident Administrasiyası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arif istefa ərizəsini ölkə prezidenti Məsud Pezeşkiana təqdim edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Bildirilir ki, məlumatı parlament sədri Məhəmməd Baqir Qalibafın nəzarətində olan “Sobh-e no” qəzeti yayıb.

Nəşrin iddiasına görə, M.R.Arif hökumətdə rolunun məhdudlaşdırılmasına, əsas qərarların onunla məsləhətləşmədən qəbul edilməsinə etiraz olaraq istefa vermək istəyib. Pezeşkianın istefa ərizəsini qəbul etmədiyi bildirilir.

Xəbəri yayan nəşr bildirib ki, onun istefa qərarında Prezident Administrasiyasının digər üzvləri – icraçı vitse-prezident Məhəmməd Cəfər Qaempənah və Prezident Administrasiyasının rəhbəri Möhsün Hacı Mirzayi ilə yaranmış fikir ayrılıqları da rol oynayıb.

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse-prezident istefa ərizəsi yazıb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv