Rene Oberman: “Avropa taktiki nüvə silahına sahib olmalıdır”

Rene Oberman: “Avropa taktiki nüvə silahına sahib olmalıdır”






presstv

"Presstv"az #Almaniya, #Araşdırma, #Avropa, #Belarus, #Böyük Britaniy, #Böyük Britaniya, #Fransa, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Avropa Rusiyaya qarşı uğurla mübarizə aparması üçün taktiki nüvə silahına sahib olmalıdır”.

presstvaz “Reuters”ə istinadla xəbər verir ki, bunu “Airbus” Direktorlar Şurasının sədri Rene Oberman Berlin Təhlükəsizlik Konfransında bəyan edib.

O, Avropa İttifaqının (Aİ) düz qapısının ağzında Rusiyanın Kalininqrad vilayətində, habelə Belarusda “İsgəndər-M” əməliyyat-taktiki raket komplekslərinin yerləşdirilməsini qitə ölkələrinin “Axilles dabanı” adlandırıb. Obermanın fikrincə, bu silahlar Avropaya ciddi təhlükə yaradır.

“Almaniya, Fransa, Böyük Britaniya və Aİ-nin üzvü olan digər əlaqədar dövlətlər ilk növbədə taktiki səviyyəli və mərhələli vahid nüvə çəkindirməsi proqramı barədə razılığa gəlməlidirlər. Düşünürəm ki, bu, çəkindirmənin sanballı əlaməti olacaq”, – deyə “Airbus”un başçısı bildirib.

Bildirilir ki, hazırda Avropanın ümumi çəkindirmə doktrinası yoxdur. Fransa və Böyük Britaniyanın öz nüvə cəbbəxanaları (müvafiq olaraq 290 və 225 döyüş başlığı) var, lakin onların taktiki silahları yoxdur. Almaniya NATO-nun nüvə mübadiləsi proqramında iştirak edir, lakin nüvə silahına malik deyil. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesablamalarına görə, Rusiyanın nüvə cəbbəxanasında 4 309 döyüş başlığı var.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv