Polşada Rusiyanın sifarişi ilə diversiya törətmiş iki ukraynalıya qarşı ittiham irəli sürüldü

Polşada Rusiyanın sifarişi ilə diversiya törətmiş iki ukraynalıya qarşı ittiham irəli sürüldü






presstv

"Presstv"az #Audi, #Belarus, #Donald Tusk, #Polşa, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Polşada prokurorluq Rusiyanın sifarşi ilə terror xarakterli diversiya aktlarının törədilməsi ilə bağlı iki Ukrayna vətəndaşına qarşı rəsmi ittiham irəli sürüb.

presstvaz “Onet”ə istinadən bildirir ki, bu barədə məlumatı Polşa Milli Prokurorluğunun nümayəndəsi, prokuror Pşemıslav Novak verib.

Novakın sözlərinə görə, müttəhimlər Aleksandr K. və Yevgeni İ. hazırda Belarus ərazisindədirlər və onlar saxlanılmayıblar.

Hər iki ukraynalını ömürlük həbs cəzası gözləyir. Prokuror vurğulayıb ki, iş üzrə digər şəxslər saxlanılıblar, lakin onlara qarşı ittiham irəli sürülməyib.

Xatırladaq ki, noyabrın 18-də Polşanın Baş naziri Donald Tusk istintaqın ölkə ərazisində dəmir yolunda törədilmiş diversiya aktlarının icraçılarınının Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən iki Ukrayna vətəndaşı olduğunu hesab etdiyini bildirmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv