“TikTok” öz istifadəçilərinə süni intellekt kontentini tənzimləmək imkanı verəcək

“TikTok” öz istifadəçilərinə süni intellekt kontentini tənzimləmək imkanı verəcək






presstv

"Presstv"az #Audi, #Dollar, #Süni intellekt, #Təhsil, #TikTok

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“TikTok” sosial şəbəkəsi istifadəçilərinə onların lentlərində görünən və süni intellekt (Sİ) tərəfindən generasiya edilən kontentin həcmini tənzimləmək imkan yaradacaq.

presstvaz xəbər verir ki, bu barədə məlumatı “TikTok”un Mətbuat Xidməti yayıb.

Məlumata görə, sosial şəbəkə bir neçə həftə ərzində yeni funksiyanın sınaqlarına başlayacaq. İstifadəçilər neyron şəbəkələr vasitəsilə yaradılan və platformanın alqoritmləri tərəfindən təklif edilə biləcək materialların həcmini özləri tənzimləmək imkanı əldə edəcəklər. Bununla yanaşı, “TikTok” öz imkanları ilə generasiya edilmiş Sİ kontenti üçün “görünməz su nişanları” texnologiyasını tətbiq edir. Bu, materialın təkrar yüklənməsi və ya başqa proqramda redaktə edilməsi zamanı belə markalanmanın saxlanmasına kömək etməlidir. Məlumata görə, “TikTok” artıq 1.3 milyarddan çox buna bənzər videonu markalayıb.

Şirkət, həmçinin 2 milyon dollarlıq təhsil fondu yaradıb. Bu təşəbbüs çərçivəsində sahə mütəxəssisləri “TikTok”da Sİ-dən düzgün və təhlükəsiz istifadə haqqında materiallar hazırlayıb paylaşacaqlar.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv