Çində keçmiş şirkət rəhbərinə rüşvətə görə ölüm cəzası verildi

Çində keçmiş şirkət rəhbərinə rüşvətə görə ölüm cəzası verildi






presstv

"Presstv"az #Audi, #Çin, #Dollar, #Məhkum, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Pekin məhkəməsi “New China Life Insurance” şirkətinin keçmiş rəhbəri Li Kuanı korrupsiya, mənimsəmə və 28 milyon dollar rüşvət almaqda təqsirli bilərək ölüm cəzasına məhkum edib.

presstvaz “Reuters” agentliyinə istinadən xəbər verir ki, məhkəmə həmçinin ölüm hökmünü iki il müddətinə təxirə salıb.

Xəbərdə bildirilir ki, maliyyə və sığorta sənayesində karyera quran Li Kuan 2024-cü ilin oktyabrında rüşvət almaqda şübhəli bilinərək həbs edilib.

O, 2019-cu ildə “New China Life Insurance” şirkətinin prezidenti, 2022-ci ildə isə direktorlar şurasının sədri təyin edilib.

İş adamı 2023-cü ilin avqustunda gözlənilmədən yaşını əsas gətirərək istefa verib. Həmin vaxt onun 60 yaşı tamam olub.

Tezliklə ona qarşı korrupsiya ittihamı irəli sürülüb. Müstəntiqlər müəyyən ediblər ki, Kuan “milli və dövlət maraqlarına əhəmiyyətli zərər vurmaqla dövlət əmlakını və vəsaitlərini mənimsəyib”. O, 2024-cü ilin oktyabrında Çin Kommunist Partiyasından xaric edilib və onun “qanunsuz əldə etdiyi vəsait” müsadirə edilib.

Son bir neçə il ərzində Çində həyata keçirilən antikorrupsiya kampaniyası çərçivəsində onlarla yüksək vəzifəli məmur və şirkət rəhbərlərinə ağır cəzalar verilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv