Saxta ixrac sertifikatı hazırlanması faktı üzrə araşdırmalara başlanılıb

Saxta ixrac sertifikatı hazırlanması faktı üzrə araşdırmalara başlanılıb






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azərbaycan, #İsrail, #QR-kod

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xarici ölkələrdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) saxta ixrac sertifikatı hazırlanıb.

presstvaz xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, Beynəlxalq ticarət qaydalarına əsasən, AQTA İsrail Dövlətinin Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyi Nazirliyi tərəfindən fitosanitar sertifikatların həqiqiliyinin təsdiq edilməsinə dair sorğu daxil olub. Təqdim olunan fitosanitar sertifikatlara baxış zamanı onların saxta olduğu müəyyən edilib. Araşdırmalar nəticəsində məlum olub ki, saxta sənədlər üzərindəki QR-kodlar oxunarkən, müxtəlif xarici ölkələrdə yaradılan saxta “e-afsa.com”, “storage2.me-qr.com” və “cdn.qr-code-generator.com” domeninə yönəlmə baş verir.

Qeyd edək ki, AQTA-nın rəsmi domeni “e-afsa.gov.az”dır. Agentliyin təqdim etdiyi sertifikatlar QR-kod vasitəsilə oxunarkən, yalnız AQTA-nın rəsmi domeninə yönləndirmə baş verir.

Aşkar olunan uyğunsuzluq barədə İsrailin aidiyyəti qurumuna məlumat verilib və araşdırmanın davam etdirilməsi üçün digər zəruri sənədlər istənilib.

Saxtalaşdırma faktı üzrə bütün materiallar hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına təqdim edilib.

“Agentlik bəyan edir ki, bu kimi qanunazidd əməllər yolverilməzdir və həmin fəaliyyətlə məşğul olan şəxslər barəsində qanunvericilik çərçivəsində ən sərt tədbirlər həyata keçiriləcəkdir. İxracla məşğul olan hüquqi və fiziki şəxslərdən, eyni zamanda təsərrüfat sahiblərindən xahiş olunur ki, Agentliyin təqdim etdiyi sertifikatların QR-kodunu oxutduran zaman rəsmi “e-afsa.gov.az” domeninin yazılmasına diqqət etsinlər”, – deyə məlumatda qeyd olunub.

Saxta ixrac sertifikatı hazırlanması faktı üzrə araşdırmalara başlanılıb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv