Mərkəzi Bankın sədri: “2025-ci ilin sonundan valyuta bazarında sabitlik davam edəcək”

Mərkəzi Bankın sədri: “2025-ci ilin sonundan valyuta bazarında sabitlik davam edəcək”






presstv

"Presstv"az #Avropa, #Avropa Yenidənqurma və İnkişaf Bankı, #Azərbaycan, #Dollar, #Milli Məclis

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“2025-ci ilin sonundan etibarən valyuta bazarında sabitlik davam edəcək. İlin sonuna yaxın məzənnənin iqtisadi əsaslarla təxminən 6 faiz ətrafında formalaşacağı gözlənilir”.

presstvaz xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

AMB sədri bildirib ki, 2025-ci ilin ötən dövründə neft və qeyri-neft seqmentləri üzrə valyuta bazarına təsir edən tendensiyalar balanslaşdırılıb ki, bu da məzənnə sabitliyini və qiymət sabitliyinə dəstəyi təmin edib.

Cari əməliyyatlar hesabının profisitli qalması, iqtisadi gözləntilərin effektiv idarə edilməsi valyuta bazarında tarazlığı gücləndirən əsas amillərdir. Onun sözlərinə görə, 2022-ci ildən etibarən Mərkəzi Bank tərəfindən həyata keçirilən ötürmə mexanizminin gücləndirilməsi ilə bağlı islahatlar iqtisadiyyatda dollarlaşma səviyyəsinin azalmasına səbəb olub:

“Belə ki, rezidentlərin valyuta əməliyyatlarında dollarlaşma bir il öncəki dövrlə müqayisədə əhəmiyyətli şəkildə azalaraq 28.5 faizə enib və bu, tarixdə ən aşağı göstəricidir. Bu dinamika həm gözləntilərin sabit olduğunu, həm də manata inamın artdığını göstərir”.

Mərkəzi Bankın sədri əlavə edib ki, ilk dəfə olaraq banklararası likvidlik göstəricisi indeksi faiz dərəcələri baxımından Mərkəzi Bankın faiz dəhlizinə yaxınlaşmağa başlayıb:

“Avropa Yenidənqurma və İnkişaf Bankının milli valyutada indeksinə bağlı istiqraz buraxılışına başlaması və artıq 50 milyon manatlıq istiqrazın açıq təklif yolu ilə yerləşdirilməsi bu indeksin etibarlı istinad dərəcəsi olduğunu təsdiqləyir.

Bank sektoru 2023-2025-ci illərdə sabit fəaliyyət göstərib. Cari ildə bank kapitallarının adekvatlıq səviyyəsi 11.7 faiz, likvidlik isə 160 faiz olub. Kapital rentabelliyi 18.5 faiz təşkil edir. Bu göstəricilər bank sektorunun risklərə davamlı olduğunu və real sektora maliyyə dəstəyini gücləndirdiyini göstərir.

10 ayın nəticələrinə görə bank sektorunun kredit portfeli 4 milyard manata qədər artaraq 1.9 faiz genişlənib. Kredit portfelində biznes kreditlərinin payı 50 faizdən çox olub. Bank sektorunun kreditləşdirmə potensialı 20.8 milyard manat təşkil edir ki, bu da real sektorun maliyyə resurslarına çıxış imkanlarının geniş olduğunu təsdiqləyir.

Əhalinin əmanətlərində də müsbət dinamika müşahidə olunur. Sektor üzrə depozitlər 6 faiz artaraq 49.2 milyard manata çatıb. Depozitlərin 73.3 faizi əmanətlərdən ibarətdir ki, bunun da 15.5 milyard manatı əhalinin əmanətləridir. Əhalinin xarici valyutada əmanətləri 8.7 faiz, müddətli əmanətləri isə 15.6 faiz artıb. Son 3 ildə müddətli əmanətlər orta hesabla 20 faiz artım nümayiş etdirib”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv