Vüsal Qasımlı: “Yeni bankçılıq modeli artıq, sadəcə, xidmət təqdim etmək üzərində qurulmur”

Vüsal Qasımlı: “Yeni bankçılıq modeli artıq, sadəcə, xidmət təqdim etmək üzərində qurulmur”






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Bakı, #İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, #Süni intellekt, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bu gün Azərbaycanın bank sektoru rəqəmsallaşma ilə təhlükəsizlik çağırışlarının kəsişdiyi bir dövrdən keçir”.

presstvaz xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, məlumatəsaslı idarəetmə, rəqəmsal ekosistemlər, açıq bankçılıqdan açıq maliyyə sisteminə keçid, real vaxtda ödənişlər və süni intellektin tətbiqi artıq bankçılığın yeni standartlarıdır:

“Məlumdur ki, istehlakçı davranışı dəyişir, texnologiya sürətlənir, risklər isə daha mürəkkəb forma alır. Bank sektorunun əsas vəzifəsi innovasiyanı təhlükəsizliklə balanslaşdırmaq, dayanıqlı və etibarlı sistemlərə keçidi təmin etməkdir. Yeni bankçılıq modeli artıq, sadəcə, xidmət təqdim etmək üzərində qurulmur, eyni zamanda, məlumatəsaslı idarəetmə, süni intellekt ilə risklərin proqnozlaşdırılması, insidentlərin real vaxtda aşkarlanması və proqressiv requlyator standartlarının tətbiqi üzərində formalaşır. Eyni zamanda, ESG çərçivələri, Bazel III tələbləri, likvidlik və risk idarəetməsində süni intellekt əsaslı yanaşmalar dayanıqlı inkişafın vacib komponentinə çevrilib”.

“Forumun gündəliyi göstərir ki, fintex-bank əməkdaşlığı, süni intellekt ilə avtomatlaşdırılmış risk monitorinqi, qabaqcıl kibertəhlükəsizlik həlləri, rəqəmsal investisiya platformaları və blokçeyn əsaslı əməliyyatlar gələcək maliyyə arxitekturasının əsasını təşkil edir.

Hesab edirəm ki, etibarlı, təhlükəsiz və dayanıqlı bank sektorunun formalaşdırılması üçün müasir texnologiyaların və analitik yanaşmaların inteqrasiyası həyati əhəmiyyət daşıyır. Xüsusilə, süni intellekt və böyük verilənlərin tətbiqi risklərin idarəolunmasında yeni imkanlar açır. Bu texnologiyalar vasitəsilə banklar kredit, likvidlik, bazar və əməliyyat risklərini daha proaktiv və dəqiq şəkildə qiymətləndirə, real vaxt çərçivəsində analitik qərar mexanizmləri ilə operativ və çevik reaksiya imkanları əldə edə bilərlər”, – deyə icraçı direktor qeyd edib.

V.Qasımlı deyib ki, bank sektorunun davamlı inkişafı üçün ekosistem yanaşması kritik rol oynayır:

“Bu yanaşma maliyyə institutlarının müştərilər, fintex şirkətləri, tənzimləyici orqanlar və digər maraqlı tərəflərlə inteqrasiya olunmuş və qarşılıqlı əlaqəli bir ekosistem yaratmasını təmin edir. Belə bir ekosistem informasiya paylaşımı, innovasiya təşviqi və risklərin paylanması baxımından sektorun dayanıqlılığını artırır.

Bundan əlavə, requlyatorların proqressiv və çevik yanaşması bank sektorunun etibarlılığını və təhlükəsizliyini təmin edən əsas faktorlardan biridir. Requlyatorlar texnoloji inkişafı izləyərək, yeni normativ bazalar və standartlar tətbiq etməli, həmçinin süni intellekt və böyük verilənlər kimi innovativ alətlərin risk idarəetmə proseslərində istifadəsini dəstəkləməlidirlər. Bu yanaşma yalnız tənzimləyici nəzarəti gücləndirməklə kifayətlənmir, eyni zamanda, bankların innovativ və dayanıqlı fəaliyyət göstərməsi üçün əlverişli mühit yaradır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv