KİV: ABŞ Ukrayna münaqişəsinə soy qoymaqla bağlı yeni plan hazırlayıb

KİV: ABŞ Ukrayna münaqişəsinə soy qoymaqla bağlı yeni plan hazırlayıb






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Avropa, #Donald Tramp, #Müharibə, #Münaqişə, #Rusiya, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynada müharibəyə son qoymaq üçün 28 bənddən ibarət yeni plan hazırlamaq üçün Rusiya ilə gizli məsləhətləşmələr aparır.

presstvaz xəbər verir ki, bu barədə “Axios” nəşri etibarlı mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, məsləhətləşmələr əsasən 4 istiqamət üzrə olacaq. Bunlar Ukrayna münaqişəsində sülhün əldə olunması, regionda, eləcə də Avropada təhlükəsizlik zəmanətləri və ABŞ-nin Rusiya və Ukrayna ilə gələcək münasibətləridir.

Bununla yanaşı, nəşr yazır ki, planda ərazilərlə bağlı mürəkkəb məsələyə necə yanaşılacağı hələ də aydın deyil.

Qeyd olunur ki, sülh planının hazırlanmasına Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff rəhbərlik edir. Onun Rusiyanı təmsil edən Kirill Dmitriyevlə ilkin müzakirələr apardığı da vurğulanır.

Dmitriyev bildirib ki, əvvəlki sülh danışıqlarından fərqli olaraq, bu dəfə Rusiyanın mövqeyinin həqiqətən də eşidildiyini hiss edib.

Adı açıqlanmayan Amerika rəsmisi təsdiqləyib ki, Ağ Ev yeni planla bağlı təkcə Ukraynanı deyil, həm də Avropa rəsmilərini məlumatlandırmağa başlayıb.

“Hesab edirik ki, indi bu planı həyata keçirmək üçün doğru zamandır. Lakin hər iki tərəf praktik və realist olmalıdır”, – amerikalı rəsmi nəşrə bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv