30 ildən çox günahsız cəza çəkən amerikalı 19 milyon dollar alacaq

30 ildən çox günahsız cəza çəkən amerikalı 19 milyon dollar alacaq






presstv

"Presstv"az #ABŞ, #Audi, #Cinayət işi, #Dollar, #Kaliforniya, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-də saxta ittihamlarla 30 ildən çox həbsxanada cəza çəkən Kaliforniya sakini 19,1 milyon dollar təzminat alacaq.

presstvaz “Los Angeles Times” nəşrinə istinadən xəbər verir ki, bununla bağlı 56 yaşlı Daniel Saldanla Bolduin-Park şəhərinin rəhbərliyi arasında təzminat müqaviləsi bağlanılıb.

Məlumata görə, amerikalı 1989-cu ildə yerli məktəbin yaxınlığında atəş açaraq iki şagirdi yaralamaqda günahlandırılıb. O, 1990-cı ildən 2023-cü ilə qədər həbsdə olub.

Növbəti məhkəmə prosesi 2017-ci ildə başlayıb və 2023-cü ildə Saldanın günahsız olduğu sübuta yetirilib.

Məhkəmə cinayət işini araşdıran polis detektivinin vəzifəsinin öhdəsindən layiqincə gəlmədiyini bəyan edib.

Uzun illər günahsız olaraq həbsxanada cəza çəkən amerikalı ötən il Bolduin-Park şəhərinin rəsmilərinə və keçmiş polis detektivi Maykl Donovana qarşı iddia qaldırıb.

Zərərçəkənin vəkilləri qarşı tərəfi şahidləri, sübutları və istintaq materiallarını saxtalaşdırmaqda ittiham ediblər. Keçmiş polis zabitinin hər hansı ittihamla üzləşib-üzləşməyəcəyi bəlli deyil.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv